Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev xatırladıb ki, iki il öncə dil haqqında Dövlət Proqramı qəbul edilib: "Bu proqram əsasında Nəsimi adına Dilçilik İnstitutunda bir neçə şöbə yaradılıb. Biz bu işə yeni başlamışıq. Əminəm ki, iki-üç ilə biz istənilən nəticəni əldə edə biləcəyik. Hazırda Proqram əsasında işlər davam edir".
Azərbaycan dilinin qorunması işinin hazırda dövlət səviyyəsində həyata keçirildiyini deyən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova qeyd edib ki, son illərdə bir neçə lüğət nəşr olunub. Bu sıraya "Neft terminləri lüğəti", "İzahı terminal lüğəti ","İdman terminləri lüğəti", "Hərbi terminlər lüğəti" və s. daxildir: "Hazırda respublikada nəşr olunan bütün lüğətlərin nəşrinə Terminologiya komitəsi nəzarət edir" .
Konfrans müzakirələrlə davam edib.