Dilçilik İnstitutunda Dövlət Proqramının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Dilçilik İnstitutunda Dövlət Proqramının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib Tofiq Hacıyev: "Hazırda Proqram əsasında işlər davam edir"
Elm və təhsil
8 Aprel , 2015 14:21
Dilçilik İnstitutunda Dövlət Proqramının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə Dilçiliyin inkişafına dair" Dövlət Proqramının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev xatırladıb ki, iki il öncə dil haqqında Dövlət Proqramı qəbul edilib: "Bu proqram əsasında Nəsimi adına Dilçilik İnstitutunda bir neçə şöbə yaradılıb. Biz bu işə yeni başlamışıq. Əminəm ki, iki-üç ilə biz istənilən nəticəni əldə edə biləcəyik. Hazırda Proqram əsasında işlər davam edir".

Azərbaycan dilinin qorunması işinin hazırda dövlət səviyyəsində həyata keçirildiyini deyən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova qeyd edib ki, son illərdə bir neçə lüğət nəşr olunub. Bu sıraya "Neft terminləri lüğəti", "İzahı terminal lüğəti ","İdman terminləri lüğəti", "Hərbi terminlər lüğəti" və s. daxildir: "Hazırda respublikada nəşr olunan bütün lüğətlərin nəşrinə Terminologiya komitəsi nəzarət edir" . 

Konfrans müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi