Dilçilik İnstitutu: Orfoqrafiya qaydaları ilə bağlı təkliflərin qəbulu daha bir ay davam edəcək

Dilçilik İnstitutu: Orfoqrafiya qaydaları ilə bağlı təkliflərin qəbulu daha bir ay davam edəcək Rasim Heydərov: “İşçi Qrupuna bir ay vaxt verilib”
Elm və təhsil
15 Fevral , 2018 10:54
Dilçilik İnstitutu: Orfoqrafiya qaydaları ilə bağlı təkliflərin qəbulu daha bir ay davam edəcək
Report

Bakı. 15 fevral. REPORT.AZ/ "Azərbaycan dilinin Orfoqrafiya qaydaları"ı layihəsi ilə əlaqədar təqdim olunan təkliflərə baxmaq üçün İşçi Qrupuna bir ay vaxt verilib".

Bunu "Report"a açıqlamasında "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə əlaqədar yaradılan İşçi Qrupunun üzvü, Dilçilik İnstitunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərov deyib.

O bildirib ki, müzakirələr bitib: "Hər kəs təklifini verdi, müraciətini etdi. Amma bu, təklif və müraciətlərin dayandırılması demək deyil, növbəti bir ay ərzində əlavə təklifi olan şəxslər AMEA Nəsimi adına Dilçilik İnstitutuna müraciət edə bilərlər. İşçi Qrupuna verilən bir ay ərzində yazılı və şifahi şəkildə daxil olan müraciət və təkliflər sistemləşdiriləcək və təhlil ediləcək, həmçinin təkliflərin qəbulu davam edəcək".

R.Heydərov qeyd edib ki, layihədə olan maddələrin sayı azala da, arta da bilər: "AMEA-nın Orfoqrafiya Komissiyası və İşçi Qrupu layihə üzərində işini bitirəndən sonra sonuncu variantı Dövlət Dil Komissiyasına təqdim edəcək. Mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq".

Qeyd edək ki, AMEA-nın Orfoqrafiya Komissiyasının açıq müzakirəyə təqdim etdiyi "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi artıq iki aydan çoxdur kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə olunur. Müzakirələrdə müxtəlif sahələrdə çalışan sadə Azərbaycan vətəndaşları, media nümayəndələri, sosial şəbəkələrin təmsilçiləri, yazıçılar, tanınmış dilçi alimlər iştirak edirlər. AMEA Orfoqrafiya Komissiyasına və Nəsimi adına Dilçilik İnstitutuna çoxsaylı yazılı və şifahi müraciətlər daxil olub. "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət İşçi Qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi