Bakı. 7 mart. REPORT.AZ/ "2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı, əgər valideyn digər dildə tədris aparılan bölmə seçərsə, bu zaman uşağın müsahibədə iştirak etməsi tələb olunacaq".
Bunu "Report"a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.
O bildirib ki, valideyn uşağının müsahibədə iştirak etməsi üçün şəxsi kabinet yaradıb, elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq Müsahibə Komissiyasına müsahibəyə yazılır: "Müsahibənin yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır".
BŞTİ rəsmisi əlavə edib ki, müsahibənin nəticəsi 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.
O həmçinin