Yuxarı
    Bağlamaq

    Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşı artırılıb

    Prezident İlham Əliyev sərəncam imzalayıb

    Bakı. 17 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncam dövlət ümumi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə verilib.

    “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli sərəncamının 1-ci hissəsinə uyğun olaraq müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılıb.

    Nazirlər Kabinetinə bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğlərini, vəzifə maaşlarına əlavələrin məbləğlərini 2016-cı il aprelin 1-dək təsdiq etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi