Yuxarı
    Bağlamaq

    DİM “Yeni təhsil proqramı üzrə qiymətləndirmə tapşırıqları” adlı vəsaitlər nəşr edib

    Dinlə

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) fənlər və siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” adlı vəsaitləri nəşr edib.

    DİM-dən "Report"a verilən məlumata görə, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunan bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbədir.

    Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunub.

    Vəsaitləri Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar (Vəsaitlərin elektron qaydada sifarişi sentyabrın 17-dən etibarən mümkün olacaq).

    Qeyd edək ki, vəsaitlərin “Ön söz”ündə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin fikirləri yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi