DİM xaricdə təhsil almış Azərbaycan vətəndaşlarına müraciət edib

DİM xaricdə təhsil almış Azərbaycan vətəndaşlarına müraciət edib Bakı. 4 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) xaricdə təhsil almış Azərbaycan vətəndaşlarına müraciət edib.
Elm və təhsil
4 İyun , 2018 09:32
DİM xaricdə təhsil almış Azərbaycan vətəndaşlarına müraciət edib
Report
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) xaricdə təhsil almış Azərbaycan vətəndaşlarına müraciət edib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, xaricdə təhsil alan şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.

Bildirilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.

Qeyd edilənlərə əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxslərin vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı bir çətinliklə qarşılaşarlarsa, DİM-ə müraciət etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi