Yuxarı
    Bağlamaq

    DİM sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb

    İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib© Report

    Bakı. 13 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilən sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb. 

    DİM-dən "Report"a verilən məlumata görə, hər bir abituriyent mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 15 274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi