DİM sədri: "Mayın 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq"

DİM sədri: "Mayın 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq" Məleykə Abbaszadə: ​“Bu proses bir ay davam edəcək”
Elm və təhsil
15 May , 2018 17:15
DİM sədri: Mayın 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ “May ayının 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq”.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O xatırladıb ki, birinci imtahanda iştirak edən şəxslərdən kim istəyirsə, ikinci mərhələdə iştirak edə bilər: “Birinci mərhələdə iştirak etməyən, ümumiyyətlə, sənəd verməyən şəxslər də yay imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər”.

Sədr qeyd edib ki, bu proses bir ay davam edəcək: “İyunun 14-də qəbul imtahanlarının ikinci mərhələsinə sənəd qəbulu başa çatacaq".

Son xəbərlər

Orphus sistemi