DİM sədri: "Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir"

DİM sədri: "Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir" Məleykə Abbaszadə: "İmtahana əyləncə kimi baxan, müəsuliyyətsiz yanaşan insanlar da var"
Elm və təhsil
7 Mart , 2017 14:41
DİM sədri: Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir
Report.az

Bakı. 7 mart. REPORT.AZ/ "Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Tarif Şurasında hər hansı dəyişikliklər olduğu halda bu qiymətlərə yenidən baxılması ilə bağlı qərar qəbul edilib: "Yəni ya imtahanın daha da mürəkkəb olması qiymətin artırılmasına təsir göstərə bilər, ya da hansısa qiymətlər dəyişə bilər".

M.Abbaszada qeyd edib ki, qiymətlərin tənzimlənməsi daimi prosesdir: "Tarif Şurası bunu izləyəcək".

Sədr həmçinin bildirib ki, bəzi şəxslər qəbul imtahanını oyuncağa çevirir: "Elə şəxslər var ki, hər il imtahana yazılır, amma iştirak etmir. Bəzən imtahana gəlirlər, bəzənsə gəlmirlər. İmtahana əyləncə kimi baxan, müəsuliyyətsiz yanaşan insanlar da var. Ümüd edirik ki, qəbul edilən qərarlar məsuliyyətsizliyi aradan götürəcək".

Son xəbərlər

Orphus sistemi