Yuxarı

DİM onlayn sınaq imtahanları keçirir

DİM onlayn sınaq imtahanları keçirir 1256

Bakı. 30 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədi ilə 2013-2017-ci illər ərzində qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanları təşkil edir.

Bu barədə "Report"a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Hər bir qrup üzrə qiyməti 3 manat olan onlayn sınaq imtahanlarına abituriyentlər evi tərk etmədən rahat şəkildə yazıla və ya onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.

Hazırda 2015 və 2016-cı il qəbul imtahanlarının sual kitabçaları üzrə onlayn sınaq imtahanları http://otk.az portalına yerləşdirilib. Digər illərə aid imtahan materialları portala yerləşdirildikcə əlavə məlumat veriləcək.

Müxtəlif illərdə qəbul və sınaq imtahanlarında istifadə olunan bu test kitabçalarının onlayn versiyası ilə abituriyentlər builki qəbul imtahanlarına hazırlıq səviyyələrini bir daha özləri üçün müəyyənləşdirə bilərlər.

Qeyd edək ki, onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı alırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi