DİM magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayını açıqlayıb

DİM magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayını açıqlayıb Ümumilikdə 8313 nəfər ixtisas seçiminə buraxılıb
Elm və təhsil
14 İyun , 2017 11:41
DİM magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayını açıqlayıb
Report

Bakı. 14 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayını açıqlayıb.

DİM-dən "Report"a verilən məlumata görə, ümumilikdə 8313 nəfər ixtisas seçiminə buraxılıb. 

Bildirilib ki, mərkəzin saytından magistraturaya qəbul aparılan 70 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumat əldə etmək olar.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, ümumilikdə 7709 plan yeri ayrılıb. Bunlardan 5454 yer Azərbaycan bölməsi, 702 yer rus bölməsi, qalan 1553 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 8313 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.  

Son xəbərlər

Orphus sistemi