Yuxarı
    Bağlamaq

    DİM Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsinin səbəblərini açıqlayıb

    “Sənədlərin həqiqiliyinin yoxlanılması üçün müvafiq nazirliklərə sorğular göndərilir”

    Bakı. 16 yanvar. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ötən il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsinin səbəblərini açıqlayıb.

    Mərkəzdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün ərizə qəbulu aparılarkən namizədlərin sənədləri daim yoxlanılır: “Bu araşdırmalar zamanı təqdim olunan sənədlərdə hər hansı bir uyğunsuzluq aşkar olunarsa, onların həqiqiliyinin yoxlanılması üçün müvafiq nazirliklərə sorğular göndərilir. Sənədlərin (o cümlədən diplomların) hüquqi əsasının olmadığı müəyyən edildikdə, onların araşdırılması üçün prokurorluq orqanlarına müraciət edilir. Yəni, müraciətlər əsasən bu qəbildən olur”.

    Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə keçən il Dövlət İmtahan Mərkəzindən 5 müraciət daxil olub ki, bu müraciətlər əsasında araşdırmalar aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi