Yuxarı
    Bağlamaq

    DİM: Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisasları üzrə plan yerləri tam dolub

    Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer boş qalıb
    © Report

    Bakı. 22 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında bəzi statistik göstəriciləri açıqlayıb.

    DİM-dən “Report”a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılan plan yerləri 8004 olub.

    Müsabiqənin nəticələrinə əsasən 7806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul planı ümumilikdə 97.51% yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də plan qəbul planı 100% yerinə yetirilib.

    Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22‑dən 31‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

    Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri ilə buradan daha ətraflı tanış ola bilərsiniz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi