Yuxarı
    Bağlamaq

    DİM-in sədr müavini: "Dövlət orqanlarında vakant yüksək vəzifələrdə seçimin aparılmasına başlamaq lazımdır"

    Soyahıda nazirlik və komitələrin də adları var
    © Report/ Firi Səlim

    Bakı. 14 sentyabr. REPORT.AZ/ "Dövlət qulluğu üçün təklif olunan 1000-dən çox vakant vəzifələrin arasında yüksək vəzifələr də var".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.

    Onun sözlərinə görə, dövlət orqanlarında vakant yüksək vəzifələrdə seçimin aparılmasına başlamaq lazımdır: "Burada söhbət dövlət orqanlarının maraqlarından deyil, qanunvericilikdə nəzərdə tutulan tələblərin həyata keçirilməsindən gedir. Bütün dövlət orqanları vakant yerləri açıq elan etməli və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər".

    B.Xəlilov qeyd edib ki, vakant dövlət vəzifələri çoxdur: "Bir müddət idi ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqə keçirilirdi. Hazırda 1000-dən çox vakant yer var. Bunlar bir çox dövlət orqanlarına – Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Ekologiya vəTəbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinə aiddir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi