DİM-in “Çağrı” mərkəzi fəaliyyətə başlayıb

DİM-in “Çağrı” mərkəzi fəaliyyətə başlayıb “Çağrı” mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa "1653" nömrəsinə ödənişsiz zəng vurmaq mümkündür
Elm və təhsil
21 İyul , 2017 14:54
DİM-in “Çağrı” mərkəzi fəaliyyətə başlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) “Çağrı” mərkəzi fəaliyyətə başlayıb.

DİM-dən "Report"a verilən məlumata görə, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar telefonla onları maraqlandıran suallar- ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, müsabiqə şərtləri, imtahan tarixləri və s. barədə məlumat ala, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər.

“Çağrı” mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa "1653" nömrəsinə ödənişsiz, mobil operator nömrələrindən isə ödənişli olaraq zəng vurmaq mümkündür. 

”Çağrı” mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək (fasilə 13:00–14:00) xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi