Yuxarı
    Bağlamaq

    DİM: II və III ixtisas qrupunun abituriyentləri "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

    © Report

    Bakı. 7 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) abiturientlərə müraciət edib.

    DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 13-də II və III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

    Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

    Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi