DİM “Facebook” səhifəsinin iştirakçılarına müraciət edib

DİM “Facebook” səhifəsinin iştirakçılarına müraciət edib Çox vaxt istifadəçilər verilən məlumatları və şərhlərdə yazılan cavabları oxumadan çoxsaylı suallar yazırlar
Elm və təhsil
9 Avqust , 2017 20:18
DİM “Facebook” səhifəsinin iştirakçılarına müraciət edib

Bakı. 9 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) “Facebook” səhifəsinin iştirakçılarına müraciət edib.

DİM-dən “Report”a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, qurumun “Facebook” səhifəsinin yaradılmasında əsas məqsəd abituriyentləri, eləcə də onların valideynlərini narahat edən məqamlara aydınlıq gətirmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaqdır.

Qeyd olunub ki, çox vaxt istifadəçilər verilən məlumatları və şərhlərdə yazılan cavabları oxumadan çoxsaylı suallar yazırlar: "İstifadəçilərdən xahiş edirik ki, səhifəyə sual ünvanlayarkən ilk olaraq rəy yazacağınız məlumatı, həmçinin tərəfimizdən başqa istifadəçilərə yazılan cavabları oxuyun. Əgər sizi maraqlandıran sualın cavabı məlumatda və ya tərəfimizdən yazılan cavabda varsa, eyni sualı təkrar yazmayın. Təkrar suallar ünvanlayan istifadəçilərin sualları cavablandırılmaya bilər.

Bundan əlavə, bəzi istifadəçilər tərəfindən səhifədə paylaşılan məlumatların məzmununa aid olmayan, özünü və ya hər hansı bir səhifəni reklam edən müəyyən şərhlər yazılır. İstifadəçilərin nəzərinə çatdırırq ki, məlumatın məzmununa aid olmayan reklam xarakterli şərhlər dərhal silinir və həmin istifadəçinin səhifədən istifadə imkanları məhdudlaşdırılır. İstifadəçilərdən yuxarıda qeyd olunanları nəzərə almağı və tələblərə riayət etməyi xahiş edirik".

Son xəbərlər

Orphus sistemi