Yuxarı
    Bağlamaq

    DİM dövlət qulluğuna qəbulla bağlı hökumətə təkliflər göndərib

    Bakı. 17 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyə bəzi dəyişiklərin edilməsi ilə bağlı təkliflər irəli sürüb.

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

    O bildirib ki, təkliflər hökumətə göndərilib: "Dövlət qulluğu ilə bağlı qanunvericiliyə kifayət qədər təkliflər var. Bunlar, əsasən, sertifikatlar və sertifikat əldə edən şəxslərin müsahibədə iştirakı ilə bağlıdır. Təkliflərdən biri də fəlsəfə doktorları olan şəxslərin dövlət qulluğunun imtahan mərhələsindən azad edilib birbaşa müsabiqə mərhələsindən keçərək işə qəbul edilməsi ilə bağlıdır. Müxtəlif təkliflər var. Qanun layihəsi çox böyük həcmlidir. Dəyişiklər qanun qəbul olunanda tam şəkildə olmalıdır ki, mexanizm çevik olsun. Rəhbər vəzifələrə imtahanlarda iştirak etmək istəyən şəxslərin sayı çox azdır. Bu sahədə kifayət qədər boş yer var. İnzibati vəzifələrdə iştirak etmək istəyənlərin sayı kifayət qədərdir. Onların çoxu bundan uğurla keçə bilmir, yalnız 1/3 hissəsi uğurlu olur. Bu da onu göstərir ki, müsahibə mərhələsinə namizədlər məsuliyyətli yanaşmır. Bəlkə də, müəyyən hallarda dövlət orqanları da həmin namizədlərə sərt yanaşır, tələblər yüksəkdir və o tələblərə uyğun olan namizədlərin sayı azdır. Yüksək keyfiyyətli namizədlər isə əmək haqqı yüksək olan özəl sektorda iş yerini rahat və tez tapırlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi