DİM: Dövlət qulluğu üzrə 88 namizəddən 54-ü müsahibəyə gəlməyib

DİM: Dövlət qulluğu üzrə 88 namizəddən 54-ü müsahibəyə gəlməyib Bakı. 20 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 7 və 8-də elan etdiyi dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və fevralın 13-də elan etdiyi ümumi müsahibə üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələri davam etdirir.
Elm və təhsil
20 Aprel , 2018 10:09
DİM: Dövlət qulluğu üzrə 88 namizəddən 54-ü müsahibəyə gəlməyib
Report

Bakı. 20 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 7 və 8-də elan etdiyi dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və fevralın 13-də elan etdiyi ümumi müsahibə üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələri davam etdirir.

Mərkəzdən "Report"a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə təşkil edilib.

Bildirilib ki, gün ərzində keçirilməsi nəzərdə tutulan 88 müsahibədən 34-ü baş tutub, 54 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən keçirilməyib. Müsahibədə iştirak edən namizədlərdən 21-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

DİM-dən qeyd olunub ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur: "Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər".

Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi