DİM dövlət qulluğu imtahanına təqdim olunan vakant vəzifələrin siyahısını açıqlayacaq

DİM dövlət qulluğu imtahanına təqdim olunan vakant vəzifələrin siyahısını açıqlayacaq Bakı. 13 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu imtahanına təqdim olunan vakant vəzifələrin siyahısını açıqlayacaq.
Elm və təhsil
13 Noyabr , 2017 11:50
DİM dövlət qulluğu imtahanına təqdim olunan vakant vəzifələrin siyahısını açıqlayacaq
Report

Bakı. 13 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu imtahanına təqdim olunan vakant vəzifələrin siyahısını açıqlayacaq.

Bu barədə "Report"a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Sabah mərkəzdə mətbuat konfransı keçiriləcək. Konfransda dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, qiymətləndirmənin aparılması qaydası, test imtahanı mərhələsi üçün qəbul proqramları, müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısının əks olunduğu “Dövlət qulluğu” jurnalının 1 saylı buraxılışının təqdimatı olacaq. 

Həmçinin tədbirdə noyabrın 7-i elan olunan dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat prosesi, eləcə də test imtahanları məsələsi müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi