Yuxarı

DİM Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib

DİM Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib
Abituriyentlər xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər
© Report

Bakı. 28 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında iştirak edən və tələb olunan şərtləri ödəyən abituriyentlər Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühhəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtasları üzrə müsabiqədə iştirak etmək üçün 31 iyul - 3 avqust tarixlərində Bakı şəh., Yasamal r-nu, Kazım Kazımzadə, ev 120 A (Gömrük hospitalının yanı) ünvanında yerləşən “AXDG” QSC-nin 1 saylı poliklinikasında xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər. 

Müayinədən uğurla keçən abituriyentlər avqustun 6-dan etibarən ixtisas seçimində iştirak edərək həmin ixtisasları elektron ərizələrində qeyd edə bilərlər. 

Qeyd edək ki, ixtisas seçimi avqustun 10-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi