Yuxarı
    Bağlamaq

    DİM daha bir neçə imtahanın tarixlərini elan edib

    © Report

    Bakı. 6 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I- IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbrilərin tarixlərini müəyyən edib.

    DİM-dən "Report"a verilən məlumata görə, məlum olduğu kimi, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

    Bundan başqa, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

    Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.

    Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində baş tutacaq.

    Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə, saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

    Tədbir Tarix (2018‑ci il) Qeyd
    Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına:
    ərizə qəbulu 2- 12 fevral
    İmtahana buraxılış vərəqəsinin çap edilməsi 20- 24 fevral
    QƏBUL İMTAHANI – 1-ci mərhələ 25 fevral
    Proqram seçimi 7- 17 may
    İmtahana buraxılış vərəqəsinin çap edilməsi 25 may- 2 iyun
    QƏBUL İMTAHANI – 2-ci mərhələ 3 iyun
    Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı 20- 30 aprel
    Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 7- 11 may
    İxtisaslaşma seçimi 8- 18 iyun
    68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı 6-8 iyun
    bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 28 iyun- 11 iyul
    AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat 7 iyun- 10 iyul
    AMEA magistraturasına qəbul olmaq üçün müsahibə 12 iyun- 14 iyul
    boş qalan yerlərə ixtisas seçimi 7- 13 avqust
    boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-24 avqust
    Azərbaycan Respublikasında rezidenturaya :
    ərizə qəbulu 15- 22 fevral
    İmtahana buraxılış vərəqəsinin çap edilməsi 27- 31 mart
    QƏBUL İMTAHANI 1-ci mərhələ 1 aprel
    I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı 4- 11 iyun
    İmtahana buraxılış vərəqəsinin çap edilməsi 4- 7 iyul
    QƏBUL İMTAHANI 2-ci mərhələ 8 iyul
    İxtisas seçimi 10- 16 iyul
    namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 3- 7 iyul
    boş qalan yerlərə ərizə qəbulu 31 iyul- 1 avqust
    Sınaq imtahanı (elektron) 16 may (II mərh)
    Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)
    1-ci imtahan 22 aprel
    29 mart- 10 aprel 23:59-dək elektron ərizələrini təsdiq etmiş, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat 18 – 29 may
    18-29 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan 10 iyun
    elektron ərizələrini 10 aprel saat 23:59-dan sonra təsdiq etmiş abituriyentlər üçün imtahan 10 iyun
    2-ci imtahan 10 iyun
    Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
    Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 1, 15, 29 aprel
    ərizə qəbulu (I – V qruplar) 29 mart- 30 aprel
    ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 17 may- 14 iyun
    QƏBUL İMTAHANI (ilk imtahan) – II və III ixtisas qrupları üzrə 13 may
    QƏBUL İMTAHANI (ilk imtahan) – I və IV ixtisas qrupları üzrə 20 may
    QƏBUL İMTAHANI (ikinci imtahan) – I və IV ixtisas qrupları üzrə 18 iyul
    QƏBUL İMTAHANI (ikinci imtahan) – II və III ixtisas qrupları üzrə 26 iyul
    QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) – V qrup üzrə 10 iyul
    xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə 6- 16 iyul I qrup üzrə 21- 24 iyul
    Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərin qeydiyyatı 29- 31 iyul 11- 13 avqust (boş qalan yerlərə)
    xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) V qrup üzrə 23 iyul- 12 avqust I qrup üzrə 30 iyul- 2 avqust
    Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı 30 iyul- 3 avqust 13- 16 avqust (boş qalan yerlərə)
    jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 10-30 aprel
    jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 6 avqust
    İxtisas seçimi (I – IV qrup) 30 iyul- 13 avqust
    İxtisas seçimi (V qrup) 30 iyul- 13 avqust
    abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 16- 28 avqust
    boş qalan yerlərə ixtisas seçimi 16- 20 avqust
    boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24 avqust- 3 sentyabr
    hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı 30 iyul
    Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında:
    ərizə qəbulu 1- 27 mart
    QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları) 15 aprel
    QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları) 10 iyul
    xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 6-16 iyul
    xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 30 iyul- 3 avqust
    ixtisas seçimi 25 iyul- 6 avqust
    abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-24 avqust
    boş qalan yerlərə ixtisas seçimi 28 avqust- 3 sentyabr
    boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 5- 12 sentyabr
    Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında:
    ərizə qəbulu 29 mart- 30 aprel
    QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) 10 iyul
    xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 6-16 iyul
    xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 23 iyul- 3 avqust
    ixtisas seçimi 16- 20 avqust
    abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24- 30 avqust
    boş qalan yerlərə ixtisas seçimi 1- 5 sentyabr
    boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 7-12 sentyabr
    Buraxılış imtahanları:
    İlk peşə-ixtisas təhsili müəssisələri 18 mart
    Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət 4 mart
    Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət 11 mart
    Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət 18 mart
    Ümumi orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 15 aprel
    Ümumi orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət 21 iyun
    Ümumi orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət 27 iyun
    Ümumi orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət 3 iyul
    Ümumi orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün(II mərhələ)) 10 iyul
    Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət 21 iyun
    Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət 27 iyun
    Tam orta (11 illik) təhsil bazasında, 3-cü istiqamət 3 iyul
    Tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 10 iyul

    *Qeyd edək ki, ölkədə keçirilə biləcək digər kütləvi tədbirlər nəzərə alınaraq qrafikdə dəyişikliklər edilə bilər. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi