Yuxarı
    Bağlamaq

    DİM: Bərdə Regional Bölməsinin rəisi öz ərizəsi ilə işdən çıxıb - YENİLƏNİB

    Bakı. 1 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə Regional Bölməsinin rəisi Samir Əliyev işdən öz ərizəsi ilə çıxıb.

    Bu barədə "Report"a DİM-dən məlumat verilib.

    S.Əliyev bunu dövlət qulluğu ilə bağlı sahədə işləmək istəyi ilə əsaslandırıb.


    *** 30 noyabr, 23:05

    Bərdə. 30 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə Regional Bölməsinin rəisi vəzifəsindən azad olunub.

    "Report"un Qarabağ bürosu xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən mərkəzin Bərdə Regional Bölməsinin müdiri Samir Əliyev işdən cıxarılıb.

    Bərdə Regional Bölməsinin fəaliyyət dairəsinə Bərdə, Yevlax, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın və Xocavənd rayonları daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi