DİM bakalavrlara müraciət edib

DİM bakalavrlara müraciət edib İxtisaslaşma seçiminə iyunun 9-da start verilib və proses iyunun 19-u saat 23:59-dək davam edəcək
Elm və təhsil
19 İyun , 2017 17:32
DİM bakalavrlara müraciət edib
Report

Bakı. 19 iyun. REPORT.AZ/ 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 23:59-da başa çatacaq. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ixtisaslaşma seçiminə iyunun 9-da start verilib və proses iyunun 19-u saat 23:59-dək davam edəcək.

Bildirilib ki, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Son xəbərlər

Orphus sistemi