Yuxarı
    Bağlamaq

    DİM: Kooperasiya Universitetindəki yanğına görə təxliyyə edilən abituriyentlər yenidən imtahan verəcək

    Yanğına görə bütün imtahan iştirakçıları təxliyyə olunub

    Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssiələrinə qəbul imtahanı keçirilib.

    Bu barədə "Report"a Dövlət İmtahan Məkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

    Mərkəzdən bildirilib ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda, idman zalında elektrik naqillərində yanğın baş verib.

    DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyyə olunması barədə qərar qəbul olub.

    "Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün üçün imkan yaradılacaq", -deyə DİM-dən bildirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi