DİM: Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali məktəblərə qəbuluna süni maneələr yaradılır

DİM: Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali məktəblərə qəbuluna süni maneələr yaradılır Bakı. 14 may. REPORT.AZ/ Ötən illə müqayisədə 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin qəbul planı 4.88% (1705 yer) artıb, özəl ali təhsil müəssisələrinin qəbul planı isə 11.28% (794 yer) azalıb – ümumilikdə 911 yer (2.17%) artıb.
Elm və təhsil
14 May , 2018 11:52
DİM: Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali məktəblərə qəbuluna süni maneələr yaradılır
Report
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Ötən illə müqayisədə 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin qəbul planı 4.88% (1705 yer) artıb, özəl ali təhsil müəssisələrinin qəbul planı isə 11.28% (794 yer) azalıb – ümumilikdə 911 yer (2.17%) artıb.

“Report” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə əvvəlki ilin qəbul planında 7.79% artım olub.

Bildirilib ki, plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2017-ci ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 19.26% azalıb: "Keçən il hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 14.80%-ni təşkil edib. Bu göstərici 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87%, 2013-cü ildə 56.18% olub. 2013-cü illə müqayisədə son dörd ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur.

Ötən il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 89.87%-i Azərbaycan, 10.13%-i isə rus bölməsinin abituriyentləri olub".

Qeyd edək ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 74.90, maksimum 89.76%-ni, rus bölməsinin abituriyentləri isə minimum 10.24, maksimum 25.10%-ni tuta bilərdilər: "Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 82228 nəfər abituriyent ərizə verib. Onların 3704-ü orta ixtisas, 190-u ali (2-ci ixtisas kimi), qalanları isə tam orta təhsillidir. Sənəd verənlərin sayı 2016-cı ildəkindən 7216 nəfər az olub.

Yalnız orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) sənəd verənləri də (8426 nəfər) nəzərə alsaq, o zaman ərizə verənlərin sayı bütövlükdə 90654-ə bərabər olacaq". 

Son xəbərlər

Orphus sistemi