Yuxarı
    Bağlamaq

    DİM ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq abituriyentlərə müraciət edib

    Bu kateqoriyadan olan abituriyentlər aprelin 5-dən 16-dək sənədlərini müvafiq quruma təqdim etməlidirlər

    Bakı. 5 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

    DİM-dən “Report”a verilən məlumata görə, “Təhsil haqqında” qanuna əsasən, qaliblər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

    Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aprelin 5-dən 16-dək sənədlərini Dövlət İmtahan Mərkəzinə və ya DİM-in Regional Bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər.

    Sənədlərə 2017-ci il martın 16-dan aprelin 10-dək ümumi qaydada təsdiq olunan “Abituriyentin elektron ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi