DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib - YENİLƏNİB

DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib - YENİLƏNİB Bakı. 22 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
Elm və təhsil
22 May , 2018 18:43
DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib - YENİLƏNİB
Report/ Firi Salim

Bakı. 22 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. 

DİM-dən "Report"a verilən məlumata görə, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 33139 abituriyentdən 648 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

*** 16:40

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qruplar üzrə mayın 20-də keçirilən qəbul imtahanının nəticələrini elan edib. 

DİM-dən "Report"a verilən məlumata görə, abituriyentlər şəxsi kabinetlərində istifadəçi adlarını və parollarını yazaraq nəticələrini öyrənə bilərlər.

Eyni zamanda abituriyentlər iş nömrəsini 7727-ə göndərməklə də imtahan nəticələrini öyrənə bilərlər. 

Son xəbərlər

Orphus sistemi