DİM 600-dən çox bal toplayan abituriyentlərə müraciət edib

DİM 600-dən çox bal toplayan abituriyentlərə müraciət edib 600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından anket-sorğu formasını doldura bilərlər
Elm və təhsil
25 Avqust , 2017 11:38
DİM 600-dən çox bal toplayan abituriyentlərə müraciət edib
Report

Bakı. 25 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 600-dən çox bal toplayan abituriyentlərə müraciət edib.

DİM-dən "Report"a verilən məlumata görə, artıq neçə ildir ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Bildirilib ki, bu il də ənənə davam etdiriləcək. Belə ki, informasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr edilib: "Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcək".

600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.  

Son xəbərlər

Orphus sistemi