DİM 6-cı sinif şagirdləri üçün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirir

DİM 6-cı sinif şagirdləri üçün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirir Bakı. 20 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu gün və dekabrın 21-də Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
Elm və təhsil
20 Dekabr , 2017 09:15
DİM 6-cı sinif şagirdləri üçün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirir
Report

Bakı. 20 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu gün və dekabrın 21-də Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

Bu barədə "Report"a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunan şəhərlərdə keçiriləcək monitorinq imtahanlarında 49 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 3609, rus dili fənni üzrə 2454, riyaziyyat fənni üzrə isə 3635 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

Azərbaycan (rus) dili fənni üzrə imtahan bu gun keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.

Riyaziyyat fənni üzrə imtahan dekabrın 21-də keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.

Son xəbərlər

Orphus sistemi