DİM 596 bal toplayıb müsabiqədən keçə bilmədiyini iddia edən abituriyentlə bağlı məsələyə aydınlıq gətirib

DİM 596 bal toplayıb müsabiqədən keçə bilmədiyini iddia edən abituriyentlə bağlı məsələyə aydınlıq gətirib Bakı. 16 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 596 bal toplayıb heç bir ali məktəbə qəbul oluna bilmədiyini iddia edən abituriyentlə bağlı məsələyə aydınlıq gətirib.
Elm və təhsil
16 Avqust , 2018 12:05
DİM 596 bal toplayıb müsabiqədən keçə bilmədiyini iddia edən abituriyentlə bağlı məsələyə aydınlıq gətirib

Bakı. 16 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 596 bal toplayıb heç bir ali məktəbə qəbul oluna bilmədiyini iddia edən abituriyentlə bağlı məsələyə aydınlıq gətirib. 

Mərkəzdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, abituriyent Əsgəri İbrahim Əli oğlu ilə bağlı məsələ araşdırılıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan həmin şəklə fotoşop proqramı ilə müdaxilə edilib: “Həmin proqramla abituriyentin topladığı bal daha yüksək göstərilib və belə təəssürat yaradılıb ki, o, yuxarı bal toplasa da heç bir ali məktəbə qəbul ola bilməyib. Belə hallar daim müşahidə olunur. Bəzən abituriyentlər öz valideynlərinə, yaxud da kimlərəsə nəticəsini göstərməklə bağlı tərəddüd edir. Hətta DİM-ə müraciət edən valideynlər bildirirlər ki, övladının dediyi balla yekun nəticə üst-üstə düşmür”.

DİM-dən bildirilib ki, həmin abituriyent əslində daha aşağı bal toplayıb: “Ona görə də müsabiqədən keçməyib. Sadəcə toplanan bal şəxsi göstərici olduğundan dəqiq rəqəmi demək mümkün deyil. Amma ixtisas üzrə keçid ballarında da aşağı nəticə göstərib. Bu 300 baldan da aşağıdır”.

Qeyd edək ki, Əsgəri İbrahim Əli oğlu IV ixtisas qrupu üzrə imtahan verib. Sosial şəbəkələrdə yayılan şəklə əsasən o, yay imtahanında 596 bal toplasa da, müsabiqədən keçə bilməyib. 

Son xəbərlər

Orphus sistemi