Yuxarı

DİM 29 şəhər və rayonda sınaq imtahanı keçirib

DİM 29 şəhər və rayonda sınaq imtahanı keçirib
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 24 584 abituriyent qeydiyyatdan keçib
© Report.az

Bakı. 27 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 27-də respublikanın 29 şəhər və rayonunda sınaq imtahanları keçirib.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Mingəçevir, Goranboy, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, İsmayıllı, İmişli, Füzuli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz, Babək, Culfa, Şərur şəhər və rayonlarında, ümumilikdə 59 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 24 584 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanları bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilib. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmayıb.

İmtahan protokolları və cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi