Azərbaycanda dərsliklər hər bir şəxsə pulsuz istifadə üçün təqdim ediləcək

Azərbaycanda dərsliklər hər bir şəxsə pulsuz istifadə üçün təqdim ediləcək Dərsliklərin keyfiyyətini təmin etmək üçün hər il monitorinq həyata keçirilir
Elm və təhsil
15 Dekabr , 2014 11:31
Azərbaycanda dərsliklər hər bir şəxsə pulsuz istifadə üçün təqdim ediləcək

Bakı. 15 dekabr. REPORT.AZ/ "Keçən il ilk dəfə yaradılan dərsliklər üzərində müəlliflik hüququ Təhsil Nazirliyinə və yaxud dövlətə məxsus olub. Bu gün müəllif hüququ bizə imkan verir ki, dərslikləri tam açıq şəkildə internetə çxışı olan hər bir şəxsə pulsuz istifadəsi üçün təqdim edə bilək". "Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov elektron resursların təqdimat mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, dərsliklərin keyfiyyətini təmin etmək üçün hər il monitorinq həyata keçirilir.

Ali təhsil müəssisələrinin rəhbərləri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təşəkkür edən nazir qeyd edib ki, bu il ilk dəfədir yeni hazırlanan dərsliklərin keyfiyyət monitorinqi dərsliklərin çapdan çıxıb məktəbə paylanandan sonra deyil, çapa getmədən öncə həyata keçirilib: "Bir çox məsələlərin nəzərə alınması, keyfiyyətə müsbət təsir etməsinə nail ola bilmişik".

M.Cabbarov qeyd edib ki, dərsliklərin hazırlanması ilə bağlı müəyyən tendesiya artıq dəyişilib: "VII siniflə yanaşı, VIII siniflərin əksər dərsliklərin layihəsini əldə edə bilmişik. Bu da bizə imkan verir ki, bu il ərzində mütəxəssilər tərəfindən sınaqların həyata keçirilməsi, müəyyən eksperimental şəkildə siniflərdə tətbiqini həyata keçirə bilək".

Son xəbərlər

Orphus sistemi