Yuxarı

Dərslik müəllifi: “Yeniyetmələrimiz adi danışıqlarında dərslikdə yer alan jarqon sözlərdən istifadə edirlər”

“Uşaqların özləri ilə danışıb həmin sözləri dərsliyə saldıq”

Bakı. 22 sentyabr. REPORT.AZ/ "8-ci sinfin Azərbaycan dili dərsliyi yazılmamışdan əvvəl standartları öyrəndik. Auditoriyanın səviyyəsini nəzərə alaraq kitabları hazırladıq. Uşaqların özləri ilə danışıb həmin sözləri dərsliyə saldıq. Yəni, həmin sözlər təsadüfən kitaba salınmayıb". "Report" xəbər verir ki, bunu 8-ci sinfin Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olan Samirə Bektaşi bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dərslik yazılarkən uşaqların bugünkü danışığını götürüb onları müasir formada dərsliyə köçürmək qərarı verilib: "İstəmişik ki, məktəblilərin gözəl nitq danışığını formalaşdıraq. Mətn demək olar ki, eyni məzmundadır. Mətnin sonunda da tövsiyə etmişik ki, lazımi söz və ifadələrdən nitqinizi təmizləyin. Əsas iş müəllimin üzərinə düşür ki, şagirdə hansı danışıq dilində danışmağı öyrədəcək. Bu yolda şagirdlərin nitq fəaliyyətini və mədəniyyətini öyrətmək üçün düzgün istiqamət seçmişik".

O, həmçinin qeyd edib ki, dərsliyi yazarkən qabaqcıl ölkələrin təcrübəsi ilə maraqlanmışıq: "Misal olaraq, Moskvada 6-cı sinifdən bu kimi jarqonlardan istifadə olunur. Niyə Azərbaycanda bundan qaçmalıyıq? Halbuki yeniyetmələrimiz adi danışıqlarında bu sözlərdən istifadə edirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi