Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib Abituriyentlər iyulun 29-u və 31-də Daxili Qoşunların Baş İdarəsinə müraciət etməlidirlər
Elm və təhsil
28 İyul , 2017 16:50
Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

Bakı. 28 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib. 

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, müsabiqədə III ixtisas qrupu üzrə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş, 250 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 29-u və 31-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç., 4) müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi