Daha iki müəllim diaqnostik qiymətləndirilmədə maksimum bal toplayıb - FOTO

Daha iki müəllim diaqnostik qiymətləndirilmədə maksimum bal toplayıb - FOTO Onlar Lerik və Lənkəran məktəblərinin müəllimləridir
Elm və təhsil
20 Dekabr , 2016 16:55
Daha iki müəllim diaqnostik qiymətləndirilmədə maksimum bal toplayıb - FOTO

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki müəllim yüksək nəticə göstərib.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.

Son xəbərlər

Orphus sistemi