Coğrafiya İnstitutunun əməkdaşı Gürcüstanda “Eroziyanın inteqrasiyalı idarə olunması” konfransda iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı Gürcüstanda “Eroziyanın inteqrasiyalı idarə olunması” konfransda iştirak edib Bakı. 27 oktyabr. REPORT.AZ/ AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı - Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natəvan Cəfərova Gürcüstanın Tiflis şəhəri və eləcə də Kazbeki regionunda “Eroziyanın inteqrasiyalı idarə olunması” mövzusunda keçirilən regional konfransda iştirak edib.
Elm və təhsil
27 Oktyabr , 2018 06:56
Coğrafiya İnstitutunun əməkdaşı Gürcüstanda “Eroziyanın inteqrasiyalı idarə olunması” konfransda iştirak edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı - Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natəvan Cəfərova Gürcüstanın Tiflis şəhəri və eləcə də Kazbeki regionunda “Eroziyanın inteqrasiyalı idarə olunması” mövzusunda keçirilən regional konfransda iştirak edib.

“Report” xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” (İBİS) Proqramı çərçivəsində baş tutan tədbirə Azərbaycan, Gürcüstan və Ermənistanın benefisiar nazirliklərinin və seçilmiş beynəlxalq təşkilatların 80-dən çox ekspert və mütəxəssisi, eləcə də dövlət idarə və müəssisələrinin nümayəndələri qatılıblar.

Konfransda iştirakçılara torpaqların vəziyyətini nümayiş etdirən məlumat bazası təqdim edilib, bu mövzuda təcrübə mübadiləsi aparılıb. İşçi qruplar tərəfindən torpaqların dayanıqlı idarə edilməsi, eroziyaya inteqrasiyalı nəzarət qlobal kontekstdə geniş müzakirə edilib.

Tədbir iştirakçıları konfrans işinin torpaqların dayanıqlı idarə olunması üzrə fəaliyyətlərin genişləndirilməsi və torpaqların idarə edilməsi sistemlərinin yaxşılaşdırılmasında yeni yanaşmaların tədricən tətbiqi ilə nəticələnəcəyinə əminliklərini bildiriblər.

Bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatlarının verilməsi üzrə qaydalara dəyişiklik edildiyi məlum olub.

Son xəbərlər

Orphus sistemi