Yuxarı
    Bağlamaq

    Çingiz Mustafayev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ləğv edilib

    Mikayıl Cabbarov əmr imzalayıb© Report

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı şəhəri Çingiz Mustafayev adına 25 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ləğv edilib.

    “Report” xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri rasionallaşdırılıb.

    Qərarla Bakı şəhəri 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, Bakı şəhəri Çingiz Mustafayev adına 25 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Bakı şəhəri 40 nömrəli Texniki Yaradıcılıq Mərkəzi birləşdirilərək onların bazasında Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılacaq.

    Əmrin imzalanmasında məqsəd məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması, idarəetmədə effektivliyin artırılması və maliyyə fəaliyyətlərində səmərəliliyin yüksəldilməsidir.

    Əmrlə 141 məktəbdənkənar təhsil müəssisəsi birləşdirilərək onların sayı azaldılıb.

    Bununla bağlı Ləğvetmə komissiyası da yaradılıb. Komissiyanın sədri nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov təyin edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi