Yuxarı

Mədəniyyət İdarəsində Çingiz Abdullayevlə görüş keçirilib

Tədbirdə rayon ziyalıları və məktəblilər iştirak edib

Bakı. 18 aprel. REPORT.AZ/ Masazır qəsəbəsində yerləşən Zəngilan rayon Mədəniyyət İdarəsində tanınmış yazıçı Çingiz Abdullayevlə görüş təşkil edilib. "Report" xəbər verir ki, tədbirdə rayon ziyalıları və məktəblilər də iştirak edib.

Çıxış edən Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə yazıçını Zəngilan ictimaiyyəti arasında görməkdən məmnun olduğunu bildirib: "Çingiz Abdullayevin əsərləri rayon gənclərinin maraq doğurduğu, hər zaman oxuduğu mənbələrdən biridir".

Çingiz Abdullayev çıxışında gənclərin onun yaradıcılığına və şəxsiyyətinə olan hörmətini yüksək qiymətləndirdiyini bildirib. Yazıçı gənclərin ona ünvanladığı sualları cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi