Çingiz Abdullayev Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

Çingiz Abdullayev Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb Çingiz Abdullayev BANM-in "Fəxri qonaq" diplomu ilə təltif olunub
Elm və təhsil
5 Oktyabr , 2015 10:47
Çingiz Abdullayev Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin  BANM-in tələbələri ilə görüşü təşkil olunub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələrin dünya görüşünün və bədii ədəbiyyata olan maraqlarının artırılması, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi, Azərbaycanın dünya şöhrətli, görkəmli yazıçısını daha yaxından tanımaq və onları maraqlandıran suallara cavab tapmaq məqsədilə keçirilən görüşün əhəmiyyətli olduğunu vurğulayıb.

Çingiz Abdullayev isə bu cür səmərəli görüşün təşkil edilməsinə görə BANM-in rəhbərliyinə öz təşəkkürünü bildirib. Ç.Abdullayev tələbələrlə ünsiyyət quraraq, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Bundan başqa tanınmış yazıçı tələbələrə öz tövsiyələrini verib və onların maraqlı suallarını cavablandırıb.

Görkəmli yazıçı Çingiz Abdullayev gənc oxucularına kitablarını imzalatdırmaq imkanı yaradıb.

Sonda Çingiz Abdullayev BANM-in "Fəxri qonaq" diplomu ilə təltif olunub.

Qeyd edək ki, görüşün əsas məqsədi tələbələrin mütaliə vərdişlərini inkişaf etdirmək, bədii ədəbiyyata marağını artırmaq, tələbələrin ümumi dünyagörüşünü və intellektual səviyyəsini artırmaqdır.

Son xəbərlər

Orphus sistemi