Yuxarı

Cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirilib

İmtahan xüsusi ümumtəhsil məktəblərində baş tutub

Bakı. 6 iyun. REPORT.AZ/ TQDK Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki 1, 2, 7, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində 2014-2015 tədris ilinin yekunları ilə bağlı buraxılış imtahanları keçirib. Bu barədə "Report"a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin müəssisələrdə fəaliyyət göstərən Təhsil Nazirliyinin 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərinin 9 və 12-ci sinif şagirdləri müvafiq şəhadətnamə və attestatlara layiq görülmələri məqsədilə əldə etdikləri bilikləri nümayiş etdiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi