Ceyhun Bayramov "Son zəng" münasibətilə məcburi köçkün məktəbində olub

Ceyhun Bayramov "Son zəng" münasibətilə məcburi köçkün məktəbində olub Təhsil naziri Ceyhun Bayramov Son zəng münasibətilə Qubadlı rayonu, Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində olub.
Elm və təhsil
14 İyun , 2019 11:18
Ceyhun Bayramov Son zəng münasibətilə məcburi köçkün məktəbində olub

Təhsil naziri Ceyhun Bayramov "Son zəng" münasibətilə Qubadlı rayonu, Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində olub.

"Report" xəbər verir ki, məcburi köçkünlər üçün salınan yaşayış məskənindəki məktəbdən 28 11-ci şagirdi məzun olur. Ümumilikdə isə məktəbdə 202 şagird təhsil alır. 

Təhsil naziri Ceyhun Bayramov məzunlara uğurlar arzulayıb.

O deyib: "Əziz məzunlar, 11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından başlayaraq müxtəlif fənlərə yiyələndiniz. Müasir dünyada önəmli olan xarici fənləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılan gənclərsiniz. Siz savadlı olmağınızla Vətən qarşısında məsuliyyətimizi dərk edən hər tərəfli şəxslər kimi formalaşmısınız. Uğurlarınız çox olacaq. Belə olan təqdirdə valideynlərimiz üçün gözəl övladlar, müəllimlərimiz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız".

Son xəbərlər

Orphus sistemi