​Çexiyalı alimlər Bakı Slavyan Universitetində olub

​Çexiyalı alimlər Bakı Slavyan Universitetində olub Qonaqlar ali təhsil müəssisəsinin Çex dili və mədəniyyəti Mərkəzi ilə tanış olublar
Elm və təhsil
13 Oktyabr , 2015 19:48
​Çexiyalı alimlər Bakı Slavyan Universitetində olub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Çexiya Respublikasının Brno şəhərində yerləşən Mendel Kənd Təsərrüfatı və Meşə Sənayesi Universitetinin nümayəndə heyətini qəbul edib.

BSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, A.Hacıyev qonaqlarla söhbət zamanı rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, burada 2010-cu ildən etibarən fəaliyyət göstərən Çex dili və mədəniyyəti Mərkəzi, bu dilin tədrisi, eyni zamanda BSU-nun Şərqi Avropa, Slavyan ölkələri ilə sıx əməkdaşlığı barədə məlumat verib. Rektor BSU nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksi, universitetin elmi işləri, dərc olunan jurnallar və tərcümə sahəsindəki uğurlarından da söz açıb. Bildirilib ki, bir çox xarici universitetlərdə Azərbaycançünaslığın və multikulturalizmin təbliğinə və tədrisinə xüsusi diqqət ayrılıb.

Mendel Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsinin dekanı, professor Libor Qreqa fəaliyyət göstərdiyi universitetintəhsil sahəsindəki uğurlarından danışıb.BSU-da Çex dili və mədəniyyətinə göstərilən diqqətdən, slavistika istiqamətində kadr hazırlığı və bu sahədə elmi araşdırmaların yüksək səviyyədə inkişafındanrazılığını dilə gətirib. Qonaq təmsil etdiyi universitetinrektoru adından bildirib ki, Bakı Slavyan Universiteti ilə gələcəkdə əməkdaşlıq qurmaqda maraqlıdırlar.

Görüş çərçivəsində Çexiyada Azərbaycan dili və mədəniyyətinin tədrisi, əməkdaşlığın gələcək perspektivləri, habelə hər iki universitet arasında professor-müəllim və tələbə mübadiləsi barədə müzakirələr aparılıb. Sonda qonaqlar Bakı Slavyan Universitetinin Çex dili və mədəniyyəti Mərkəzi ilə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi