Çexiya səfiri BSU-nun tələbələrinə mühazirə oxuyub

Çexiya səfiri BSU-nun tələbələrinə mühazirə oxuyub Çexiya səfirliyinin əməkdaşları bir semestr ərzində BSU-da silsilə mühazirələr aparacaq
Elm və təhsil
17 Fevral , 2016 20:56
Çexiya səfiri BSU-nun tələbələrinə mühazirə oxuyub

Bakı. 17 fevral. REPORT.AZ/ Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin (BSU) Çexiyaşünaslıq üzrə təhsil alan tələbələrinə silsilə mühazirələr və çex dilindən praktik dərslər təşkil edilib.

BSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mühazirələri bir semestr ərzində səfirliyin əməkdaşları aparacaq. Mühazirələr Çexiyanın tarixi, ölkənin siyasi əlaqələri, iqtisadiyyatı, çex xalqının qədim kökləri, adət-ənənləri, mədəniyyəti kimi mövzuları əhatə edəcək.

İlk mühazirəni Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Vitezslav Pivonka oxuyub. Səfir V. Pivonka Çexiyanın XV-XVII əsrlərdəki ictimai-siyasi vəziyyəti ilə XX əsrdə cərəyan edən prosesləri müqayisə və təhlil edib, ölkəsinin dünya ölkələri ilə münasibətlərindən söz açıb.

Tələbələrin marağına səbəb olan mühazirədə mövzu əhatəsində disskusiyalar aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi