Yuxarı
    Bağlamaq

    ​CAR-ın Azərbaycandakı səfiri ADNA-nın qonağı olub

    Görüş iştirakçıları ADNA və CAR arasında elm və təhsillə bağlı ikitərəfli əməkdaşlığın genişlənməsi istiqamətində fikir mübadiləsi aparıblar

    Bakı. 31 marta. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) Azərbaycandakı səfiri Vika Mazvi Khumalon başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qonaq olub.

    ADNA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfirin rəhbərlik etdiyi heyətlə görüşdə ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov və universitetin digər rəsmiləri iştirak ediblər.

    V.Qurbanov görüşdə qonaqlara təhsil müəssisəsi haqqında məlumat verib. O, tarixi ənənəyə malik olan bu təhsil ocağının hər zaman yetişdirdiyi yüksək keyfiyyətli ixtisaslı kadrları ilə fəxr etdiyini vurğulayıb və ADNA-nın dünya şöhrətli məzunlarının adlarını diqqətə çatdırıb.

    Görüş iştirakçıları ADNA və CAR arasında elm və təhsillə bağlı ikitərəfli əməkdaşlığın genişlənməsi istiqamətində fikir mübadiləsi aparmaqla yanaşı, bir sıra təkliflərlə çıxış ediblər.

    Səfir Vika Mazvi Khumalon CAR-la ADNA arasında qurulan əlaqələri yüksək dəyərləndirib. Səfirin sözlərinə görə, görüşün əsas məqsədlərdən biri ADNA ilə olan yaxşı münasibətləri təzələmək, CAR-dan gələn tələbələrin burada peşəkar şəkildə hazırlanmasının inkişaf etdirilməsinə nail olmaqdır: "CAR gənclərini əsasən də qaz və neft sənayesi üzrə cəlb etmək üçün sizdə Təqaüd Proqramları var. Hesab edirəm ki, sizin təkliflər bizim elmi tədqiqat sahəsində çalışan nümayəndələrimiz üçün də maraqlı olacaq. Eyni zamanda, biz sizinlə əməkdaşlıq etməsi üçün CAR-da partnyor unversitet təklif edə bilərik".

    Görüşün sonunda V.Qurbanov səfir Vika Mazvi Khumalona ADNA-ya həsr olunmuş kitab hədiyyə edib. Səfir isə V.Qurbanova CAR-ın milli mədəniyyətini özündə əks etdirən toxunma ilə işlənmiş cam hədiyyə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi