Yuxarı

​Cəlilabadda yeni arxeoloji materiallar aşkar edilib

Polutəpə qədim yaşayış yerində 6 min bundan əvvələ aid maddi-mədəniyyət nümunələri tapılıb

Bakı. 14 noyabr. REPORT.AZ/ AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-neolit ekspedisiyası Cəlilabad royununda arxeoloji tədqiqat işlərini başa çatdırıb. "Report" xəbər verir ki, bu barədə AMEA-nın yaydığı məlumatda bildirilib.

Ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundovun sözlərinə görə, tədqiqat işləri rayonun Üçtəpə kəndi ərazisində aparılıb. Burada Polutəpə qədim yaşayış yerində 6 min bundan əvvələ aid maddi-mədəniyyət nümunələri - kərpicdən tikilmiş bina qalıqları, saxsı qablar, kiçik ölçülü fiqurlar aşkar olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi