Yuxarı

Bu il AMEA-nın magistratura pilləsinə 7 ixtisas üzrə qəbul keçiriləcək - SİYAHI

Pilot layihə olaraq Təhsil Nazirliyinə imtahanlarda 7 ixtisas üzrə seçimlərin olması təklif edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ "Cari ilin fevral ayında AMEA-nın rəsmi internet saytında magistraturaya qəbul elanının yerləşdirilməsi nəzərdə tutulur və qəbul 7 ixtisas üzrə aparılacaq". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, pilot layihə olaraq Təhsil Nazirliyinə imtahanlarda 7 ixtisas üzrə seçimlərin olması təklif edilib: "İlk dəfə üçün hələlik bu sayla kifayətləndik. AMEA-nın 7 institutunun bazasında magistratura təşkil etmək niyyətindəyik. Qəbul dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi genetikada kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası ixtisasları üzrə aparılacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi