DİM buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb - CƏDVƏL

DİM buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb - CƏDVƏL Bakı. 19 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb.
Elm və təhsil
19 Fevral , 2019 10:39

Bakı. 19 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb. 

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək.

DİM-in məlumatına görə, tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.Mərkəzdən bildirilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər. Bundan başqa, C.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

Son xəbərlər

Orphus sistemi