Builki buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlanıb

Builki buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlanıb Məleykə Abbaszadə: "480 şagird psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib"
Elm və təhsil
1 İyun , 2015 11:21
Builki buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlanıb

Bakı. 1 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək. "Report" xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, imtahanlar təsdiq olunan qrafik üzrə 2, 6, 11, 16 iyunda olacaq: "İmtahanlarda respublika üzrə 88 151 nəfər XI, 107 236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir. Eyni gündə saat 10.00-da buraxılış sinfinin IX, saat 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər".
TQDK sədri bildirib ki, imtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaq: "İyunun 2-də ilk olaraq Bakıda keçiriləcək imtahan üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55 897 nəfər şagirdin (IX sinif üzrə 31 489 nəfər və XI sinif üzrə 24 408 nəfər buraxılış imtahanında iştirak etməsi nəzərdə tutulub. 480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib".

Son xəbərlər

Orphus sistemi